Səhiyyə Nazirliyi Bakıdakı 2 saylı Doğum Evinin təmirinə 10 milyon manat pul xərcləyəcək
Paylaş
128 baxış·1 dəq oxu
Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 saylı Doğum Evinin əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi məlum olub. “Report” xəbər verir ki, tenderin qalibi “Best LTD” MMC-dir. Qalib şirkətə 9 591 626 manat ödəniləcək.