Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini, 1958-ci il təvəllüdlü İmamalıyev Qasım İmamalı oğlu yolu keçərkən onu "Hyundai" markalı avtomobil vurub. Yaralı ətrafdakı imsanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.