Bakı-Sumqayıt qatarı ilə sərnişin daşınması 2-3 dəfə artırılacaq

Bakı-Sumqayıt qatarı ilə sərnişin daşınması 2-3 dəfə artırılacaq
16:27 13 Noyabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

“Hazırda Bakı-Sumqayıt dəmir yolu xətti ilə hər gün 12 min sərnişin daşınır”.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib.
Onun sözlərinə görə, sözügedən istiqamətdə dairəvi dəmir yolu xətti istifadəyə verildikdən sonra daşınan sərnişinlərin sayı 2-3 dəfə artacaq: “Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb. Sürəti də saatda 140 km-ə qədər artırmaq istəyirik”. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-sumqayit-qatari-ile-sernisin-dasinmasi-2-3-defe-artirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR