Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, o, Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk, Rusiyanın Elm və Ali Təhsil naziri Mixail Kotyukov və Malayziyanın Təhsil naziri Mazli Malik ilə görüşüb.
Görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycanla sözügedən ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

