"Report" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq" mövzusunda forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, KOB İnkişaf Fondları ölkəmizdə KOB-ların inkişafı və onların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılır. Təbii ki, bu mexanizmin reallaşdırılması üçün yerli maliyyə institutlarının da dəstəyinə ehtiyac olacaqdır".