Çili yığması ölkədəki vəziyyətlə əlaqədar Peru ilə yoldaşlıq matçı keçirməkdən imtina edib

Çili yığması ölkədəki vəziyyətlə əlaqədar Peru ilə yoldaşlıq matçı keçirməkdən imtina edib
13:47 14 Noyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Çili millisi Peru ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.
"Report" Çili Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, rədd cavabı yığmanın noyabrın 13-dəki iclasında verilib.
Bildirilib ki, milliyə çağırılan oyunçular noyabrın 19-da Lima şəhərində keçiriləcək Peru ilə yoldaşlıq oyununda iştirak etməmək qərarına gəliblər. Qarşı tərəf bu barədə məlumatlandırılıb.
Kapitan Qari Medel şəxsi "Instagram" səhifəsində qərarın Çilidəki vəziyyətə görə verildiyini bildirib. Ölkədə hakimiyyətin sosial və iqtisadi sahədə yürütdüyü siyasətə görə etiraz aksiyaları davam edir.  


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cili-yigmasi-peru-ile-yoldasliq-matci-kecirmekden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR