300 binaya isti su veriləcək -

“Hazırda Bakıda 300-ə qədər binaya - 50 mindən artıq mənzilə isti su verilir. İsti suyun hər kumbetrinin qiyməti 1,92 manatdır”.

Mətbuat.az xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev məlumat verib.

Onun sözlərinə görə, adambaşına düşən norma 2 kubmetr hesablanıb: “Əgər insanlar sayğac qoyub isti sudan istifadə etsələr, bu, onlar üçün xeyirli olar. Gələn il üçün isə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və bir sıra əlavə şəhərlərdə 300-ə yaxın binanın da isti su ilə təminatını yaxşılaşdırmağı düşünürük. Onların arasında əvvəllər isti su ilə təmin olunmayan, həmçinin köhnə tipli qazanxanalarla təchiz olunmuş və yenilənməyə ehtiyacı olan binalar da var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR