"Tesla" ABŞ xaricindəki ikinci zavodunu Almaniyada quracaq

"Tesla" ABŞ xaricindəki ikinci zavodunu Almaniyada quracaq
22:27 17 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Elektromobil istehsalçısı "Tesla"nın rəhbəri Elon Musk, şirkətin ABŞ xaricindəki ikinci zavodunun Almaniyanın paytaxtı Berlin yaxınlığında qurulacağını açıqlayıb.

Milli.Az marja.az-a istinadən bildirir ki, zavoda "Gigafactory 4"  adı verilib.

Zavodda batareya, ehtiyat hissələri və avtomobil istehsalı ediləcək və çıxarılacaq ilk avtomobilin "Model Y" olacağı açıqlanıb.

"Tesla"nın ABŞ-da iki zavodu var. ABŞ xaricindəki ilk zavodun keçən il Çində tikilməsinə qərar verilib.  Berlindəki zavodun 2021-də istehsala başlayacağı gözlənilir. Zavodun 10 min adama məşğulluq təmin edəcəyi də hesablanır.

Şirkətin Model 3 modelinin qiymətləri Almaniyada 44 min avrodan başlayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR