ANS PRESS-in məlumatına görə, qızların çılpaq fotosu Kemerovo Daxili İşlər Nazirliyini hərəkətə gətirib.
Hazırda Kemerovo vilayəti üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları memorialın fonunda açıq-saçıq şəkil çəkdirən qızların şəxsiyyətlərini araşdırır.
Kemerovo polisi şəkillər sosial şəbəkədə yayıldıqdan sonra araşdırmalara başlayıb.
Şəkil sosial şəbəkələrdən birində yerləşdirilmişdi və sonra kütləvi informasiya vasitələrlərində yayılmışdı. Bu da yerli əhali arasında, xüsüsən müharibə veteranlarının etirazlarına səbəb olub. Onlar müharibə qurbanlarına qarşı hörmətsizlik etmiş qızların tapılaraq cəzalandırmasını tələb edir.
Qeyd edək ki, səkildə əllərində snoubord olan iki çılpaq qız Böyük Vətən Müharibəsi illərində həlak olmuş hərbçi-kuzbasslıların abidəsinin fonunda təsvir edilib.


MənbəANS PRESS