Bir qrup hərbi qulluqçuya "polkovnik" rütbəsi verildi (FOTO)

Bir qrup hərbi qulluqçuya "polkovnik" rütbəsi verildi (FOTO)
23:52 24 Dekabr 2014
447 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə "polkovnik" hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rütbələrə təqdim olunan hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Təltif olunanlar göstərilən etimada görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirərək növbəti rütbələrin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə məsuliyyət hisslərinin daha da artacağını xüsusi qeyd ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR