Gözdən əlil tələbəni zaldan zorla çıxardı

Gözdən əlil tələbəni zaldan zorla çıxardı
18:22 20 Noyabr 2019
123 Dünya
Ölkə mətbuatı
A- A+

Oksford Birliyinin rəhbəri Brendon Makqrat gözdən əlil olan tələbənin zaldan zorla çıxarılmasına görə istefa verib.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan video böyük etiraz doğurub. 

Hadisə hökumətə etimad məsələsinin müzakirəsi ərəfəsində baş verib. Qanadan olan tələbə Ebenezera Azamati əlillər üçün xüsusi yerlər nəzərdə tutulmadığından tədbirə vaxtından əvvəl gəlib və oturacağa öz kitabını qoyaraq, qeydiyyatdan keçmək üçün zaldan çıxıb. Sonra dostu ilə zala qayıdaraq yerində əyləşir, lakin təhlükəsizlik xidmətinin əməkdaşları onu zorla zaldan çıxarıblar.

Bundan sonra Birliyin rəhbəri Makqrat disiplin komitəsini çağıraraq, afrikalı tələbənin özünü aqressiv apardığını bildirib və beləliklə, Azamatinin üzvlüyü dayandırılıb.

Gözdən əlil olan tələbə bu qərardan məyus olaraq özünü nəinki Oksfordda, hətta ölkədə arzuolunmaz şəxs kimi hiss etdiyini deyib: 

"Mənimlə ədalətli münasibətə heç bir haqqı olmayan şəxs kimi davrandılar". 

Universitetin tələbələri Birliyin prezidentinin impiçmenti üçün imza toplayıblar. Artıq Makqrat baş verənlərlə bağlı üzr istəyib. Lakin bu, onun istefasına mane olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR