Mobil operatorlar nə qədər qazanıb?

Mobil operatorlar nə qədər qazanıb?
21:32 20 Noyabr 2019
125 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 776,4 milyon manatlıq xidmət göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, göstərilən xidmətin 72,7 faizi əhali tərəfindən istehlak olunub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 737,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/803846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR