Elon Maskın sahibi olduğu "SpaceX" şirkəti tərəfindən kormos çalışmalarında uzun müddətli yük və insan daşımaq üçün hazırlanan "Starship" Texsasda keçirilən testdən keçə bilməyib.
Metbuat.az xarici mediaya sitinadən xəbər verir ki, raket təzyiq testi sırasında partlayıb. "SpaceX" şirkəti nümayəndələri raketin üst hissəsinin yerindən ayrıldığını və test keçirilən sahəyə düşdüyünü deyiblər.
Şirkətin sahibi Elon Mask bu raketin yenidən təmir edilməyəcəyini deyib, çünki, raket sadəcə müəyyən texnologiyaları yoxlamaq üçün istifadə edilib.