Ədliyyə Nazirliyi: "Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

Ədliyyə Nazirliyi: "Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"
15:17 22 Noyabr 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün bələdiyyələr onlar üçün yaradılan imkanların heç 50 faizindən istifadə etməyiblər. Əgər bu imkanlardan 100 faiz yox, hələ 90 faiz istifadə olunsaydı, görün hansı səviyyədə işlər görülə bilərdi".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov "Gender əsaslı Bələdiyyə Akademiyası"nın açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bələdiyyələrin problemi təkcə onların səlahiyyətləri ilə bağlı deyil.

"Bələdiyyələrin səlahiyyətləri kifayət qədər genişdir. Sadəcə bir az təşəbbüskarlıq, fəallıq ən böyük çatışmazlıqlarından biridir. Maliyyə resursları bələdiyyələrin passivliyi və məsuliyyətsizliyi ucbatından kifayət qədər istifadə olunmur. Ancaq elə bələdiyyələrimiz də var ki, bu resurslardan yaxşı istifadə edir. Bəzən insanlarda elə təsəvvür yaranır ki, bələdiyyələr passivdirlər".

F.Məmmədov əlavə edib ki, Azərbaycanın bütün şəhər və qəsəbələrinin sosial problemlərinin həllində bələdiyyələrin çox fəal iştirakı var. Hər il onlar bu iş üçün külli miqdarda vəsait sərf edirlər:

"Problem sadəcə ondan ibarətdir ki, bələdiyyələrin gördüyü işlər təbliğ olunmur. Ona görə də cəmiyyətdə elə təsəvvür yaranır ki, bələdiyyələr heç bir iş görmür".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/804384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR