Bakı. Trend:

BMT-nin Əfqanıstana yardım missiyası əməkdaşının həlak olduğu terror hücumunu pisləyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Missiyasının rəsmi bəyanatında deyilir.

Bəyanatda bildirilir: "BMT-nin Əfqanıstandakı nümayəndəliyi dərin təəssüf hissi ilə təşkilata məxsus avtomobilin partladılması nəticəsində bir əməkdaşımızın öldüyünü, iki nəfərin isə yaralandığını bildirir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin