Metroda yenə problem: stansiyalarda böyük sıxlıq yarandı

Metroda yenə problem: stansiyalarda böyük sıxlıq yarandı
09:27 25 Noyabr 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı metrosunda qatarda bu gün də problem yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün saat 08:30 radələrində metronun "Həzi Aslanov" stansiyasında baş verib: "Maşinist qatarda nasazlıq ehtimal edib və qatara əlavə baxış keçirib. Nəticədə 4 dəqiqə yubanma olub".

Hazırda intervalın bərpası ilə bağlı tədbirlər görülür.

Qeyd edək ki, bu gün metroda yaranmış problem səbəbindən qatarlar 8 dəqiqə gecikib. Nəticədə stansiyalarda böyük sıxlıq yaranıb.   

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/804920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR