"La Skala" teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər - VİDEO - FOTO

"La Skala" teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər - VİDEO - FOTO
11:57 25 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

İtaliyanın məşhur "La Skala" teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, tanınmış ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Konsert proqramında dünya klassikasının qızıl fondu sayılan əsərlər - C.Verdinin "Traviata", "Riqoletto", J.Bizenin "Karmen", C.Puççininin "Toska", V.A.Motsartın "Don Juan", P.Çaykovskinin "Yevgeni Onegin" və digər operalardan solo partiya və duetlər, romanslar, populyar italyan mahnıları ifa olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/804988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR