AFFA iki futbolçunu Barselonadakı akademiyaya göndərib

AFFA iki futbolçunu Barselonadakı akademiyaya göndərib
13:12 25 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının iki üzvü İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına yollanıb. 
"Report"un məlumatına görə, AFFA Rauf Rüstəmli (“Qəbələ”) və Musa Musazadənin (“Qarabağ”) yeniyetmə futbolçu kimi inkişafı və daha rəqabətli mühitdə məşq keçmələri üçün bu addımı atıb. Onlar akademiyada noyabrın 25-dən dekabrın 22-dək təcrübə keçəcəklər. Dörd həftə ərzində hər iki futbolçu gündəlik məşqlərlə paralel nəzəri məşğələlərə də qatılacaqlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-iki-futbolcunu-barselonadaki-akademiyaya-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR