Müsəlmandan "Quran"ı yandıran kişiyə gözlənilməz reaksiya - VİDEO

Müsəlmandan "Quran"ı yandıran kişiyə gözlənilməz reaksiya - VİDEO
12:57 26 Noyabr 2019
122 Dünya
Ölkə mətbuatı
A- A+

Norveçdə müsəlmanlara qarşı aksiya keçirilib.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, Norveçin Kristiansand şəhərinin mərkəzi küçələrinin birində müsəlmanlara qarşı SIAN adlı etiraz aksiyası təşkil olunub.

"Norveçin İslamlaşmasını dayandır" şüarı ilə keçirilən aksiyada "Quran" kitabı yandırılıb. Aksiya lideri Lars Thorsen müqəddəs kitabı yandırmaq istəyərkən müsəlmanlardan biri ona hücum edib.

İlyas Umer adlı pakistanlı gənc aksiya liderini bir neçə dəfə təpikləyib. O, polis tərəfindən saxlanılsa da, onun azad olunması barədə sosial şəbəkələrdə başladılan etiraz kampaniyası nəticəsində sərbəst buraxılıb.

Hadisə anı ətrafdakıların mobil kamerasına düşüb.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/805285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR