İbrahimoviçin heykəlini yandırdılar -

Zlatan İbrahimoviçin İsveçin “Hammarbü” klubunu alması qalmaqala səbəb olub.

Metbuat.az bildirir ki, yetirməsi olduğu “Malmö” klubunun azarkeşləri forvardın bu hərəkətinə əsəbiləşib.

Onlar Zlatanın heykəlinə əvvəlcə unitaz qapağı keçiriblər. Lakin onunla kifayətlənməyən tərəfdarlar heykəli od vurublar.

Polis məsələyə müdaxilə etmək istəsə də, heç bir xeyri olmayıb. (qafqazinfo)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR