Avro-2020: Bakıya gələn komandalar müəyyənləşdi

Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, Buxarestdə keçirilən püşkatma mərasimindən sonra paytaxtımız Bakı və Romada keçiriləcək A qrupunun tərkibi müəyyənləşib. Beləliklə, A qrupunda Türkiyə, İtaliya, Uels , İsveçrə yığmaları mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR