ABŞ-da təyyarə qəzası -

ABŞ-ın Cənubi Dakota ştatında kiçik tutumlu təyyarə qəzaya uğrayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb, 3 nəfər yaralanıb. Həlak olanlardan ikisi uşaqdır.

Məlumta görə, göyərtəsində 12 nəfər olan təyyarə Çemberlen aeroportundan havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR