Bakıda BMW yüksək sürətlə məşhur otelin giriş qapısına çırpıldı: yaralanan var - VİDEO - FOTO

Bakıda BMW yüksək sürətlə məşhur otelin giriş qapısına çırpıldı: yaralanan var - VİDEO - FOTO
09:42 2 Dekabr 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.

Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı BMW markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman əvvəlcə Rəşid Behbudov küçəsinə dönən "Ford" markalı nəqliyyat vasitəsinə  dəyib. Daha sonra BMW zərbənin gücündən "Park İNN" otelinin giriş qapısına çırpılıb. 

"BMW"nin sürücüsü ağır xəsarət alıb, avtomobil yararsız hala düşüb. Otelə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı Neftçilər prospektində sıxlıq yaranıb.

Qeyd edək ki, BMW əvvəlcə "Auidi" markalı maşının arxa hissəsinə toxunub və hərəkətə davam edib. "Audi"nin sürücüsü isə ona saxlaması üçün xəbərdarlıq edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/806899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR