Dünyanın ən təhlükəli canlılarının SİYAHISI - İNSANLAR İKİNCİ YERDƏDİR

Dünyanın ən təhlükəli canlılarının SİYAHISI - İNSANLAR İKİNCİ YERDƏDİR
08:22 4 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Dünyanın ən təhlükəli canlılarını araşdıran mütəxəssislər maraqlı faktlarla qaşılaşıblar.

Milli.Az xəbər verir ki, dünyanın ən təhlükəli canlılarının siyahısı təqdim olunub. Birinci sırada ən ölümcül canlı, xəstəlik daşıyıcısı olan ağcaqanadlardır. Malyariya xəstəliyini yoluxduran ağcaqanadlar ildə 750 min can alır. İkinci ən təhlükəli canlı növü isə ildə 450 min ölümə səbən olan insanlar seçilib. Çünki insanlar müharibə xaricində də bir-birlərini qətlə yetirirlər. Ölüm saçan canlılar sırasında 3-cü yerdə zəhərli ilanlardır.

Belə ki, son illərdə dünya üzərində ilan sancmaları o qədər çox olub ki, zərdab qıtlığı yaranıb. Tək pəncəsi ilə ölümə səbəb olan aslanlar və köpəkbalıqları sıyahının son sıralarında yer alıblar.

Dünyanın ən təhlükəli canlıları və öldürdükləri insan sayı

1-Ağcaqanadlar

İldə 750 min insanın ölümünə səbəb olur.

2-İnsanlar

İldə 450 min insanın ölümünə səbəb olur.

3-İlanlar

İldə 100 min insanın ölümünə səbəb olur.

4-Su ilbizləri
İldə 20 min insanın ölümünə səbəb olur.

5-Zəhərli böcəklər
İldə 12 min insanın ölümünə səbəb olur.

6-Bağırsaq qurdu
İldə 10 min insanın ölümünə səbəb olur.

7-Timsahlar
İldə 4 min 500 insanın ölümünə səbəb olur.

8-Tenya qurdu
İldə 1000 insanın ölümünə səbəb olur. 

9-Su ayğırları
İldə 500 insanın ölümünə səbəb olur.

10-Fillər
İldə 500 insanın ölümünə səbəb olur.

11-Aslanlar
İldə 22 insanın ölümünə səbəb olur.

12-Canavarlar
İldə 10 insanın ölümünə səbəb olur.

13-Köpək balıqları
İldə 6 insanın ölümünə səbəb olur. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR