Bakıda zəncirvari qəza tıxac yaratdı - FOTO

Bakıda zəncirvari qəza tıxac yaratdı - FOTO
09:57 4 Dekabr 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda zəncirvari yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Zığ şosesindən Nobel prospektində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan "BMW" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində eyni istiqamətdə hərəkətdə olan "Hyundai" markalı avtomobil də idarəetmən itirərək həmin maşınlarla toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib və yolda tıxac yaranıb.

Hazırda yolda avtomobillərin hərəkətini təmin etmək üçün əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/807548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR