“Aidiyyəti yoxdur, söysə, ötüb keçəcəksən” - Şəxsi həyatını işinə qatmayan Nazilə - VİDEO - FOTO

“Aidiyyəti yoxdur, söysə, ötüb keçəcəksən” - Şəxsi həyatını işinə qatmayan Nazilə - VİDEO - FOTO
14:22 4 Dekabr 2019
122 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi şairə Nazilə Səfərli olub.

Milli.Az bildirir ki, sosial şəbəkələrdə atmacalı statusları ilə tanınan şairə bunun səbəbini açıqlayıb:

"Yazdığım statuslar ruh halımın göstəricisidir. Sözümü üzlərinə deməklə kifayətlənməyib, status da yazmışam. Dilim xalq dilidir, sözüm də kəsərlidir. Məsələn, yolla gedərkən adi bir dilənçi sənə söyüş söysə, qarğış etsə saymayıb yanından ötüb keçəcəksən. Amma hökmlü insan sənə sərt baxanda, o, söyüşdən, təhqirdən ağır olur".

Şairə, həmçinin toyda başına gələn maraqlı hadisədən də danışıb:

"Əgər orada mən aparıcıyamsa, bu, mənim işimdir, peşəmdir. O insanı təqdim etmək üçün mənə pul ödənilib. Mənim şəxsi həyatımın ora heç bir aidiyyəti yoxdur. O adamı təqdim etmişəm. Hətta təqdimatdan həmin adam inanıb ki, mən onunla barışmışam. Gəlib mənimlə barışıb. Belə şeylər olur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/807640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR