Londonda NATO-nun sammiti keçirilir

NATO liderlərinin Londonda sammiti keçirilir.

Metbuat.az-ın xəbərinə görə, beynəlxalq təşkilatın 70-ci ildönümünə təsadüf edən sammitdə bloka üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edir.

Üç saat davam edəcək müzakirələrdə liderlərin müttəfiq qüvvələrin hərbi hazırlığının daha da yaxşılaşdırılması, NATO-nun terrorizmə qarşı fəaliyyət planının yenilənməsi də daxil olmaqla bir sıra məsələlər barədə razılığa gələcəyi gözlənilir.

Onlar Rusiya, silahlara nəzarətin gələcəyi və Çinin yüksəlişi ilə bağlı strateji müzakirələr də aparacaq. (Apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR