x
Loading...

ABŞ-ın hərbi bazasında atışma - 1 ölü, 3 yaralı -

ABŞ-ın Pörl-Harbor hərbi-dəniz qüvvələrinin bazasında atışma baş verib.

Metbuat.az-ın “TASS”a istinadən məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Xəsarət alanların arasında dinc sakinlərin olduğu bildirilir. Situasiya artıq nəzarət altına götürülüb. İnsidentlə əlaqədar bazaya giriş bağlanıb. Baş verənlərin səbəbi və hücum edən şəxsin kimliyi barədə məlumat verilmir.

***

Baş verən atışmadan sonra Pörl-Harbor hərbi-dəniz qüvvələrinin bazasına giriş yenidən bərpa olunub. “Qafqazinfo” bildirir ki, bu barədə bazanın sosial şəbəkə hesabında məlumat verilib.

“Bazaya giriş və darvazalar hazırda açıqdır. Silahlı insidentlə bağlı əlavə məlumat gözləyin”, - bazanın Tvitter səhifəsində qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR