Yol polisi əməkdaşları daha əlində radarla gəzmir. Bu sahədə yeniliklər avtomobillərin sürət həddini aşması haqda tez və operativ məlumat almağa hesablanıb. Bizimyol.info radarlarla bağlı sizə bəzi məlumatları təqdim edir.
Sürücülər, adətən, radar görən kimi tez əyləcə basırlar. Halbuki buna ehtiyac yoxdur. Həm özünüzə, həm də başqalarına təhlükə yaradırsız. Onsuz da radarların böyük imkanları var. Amma həm də müəyyən məsafələrdə radarlar acizdir. Yaxındasınızsa, əyləc köməyə gəlməyəcək, uzaqdasınızsa, radar sizi tuta bilməyəcək. Tələsmədən sürəti azalda bilərsiniz.
Keçmiş sovet respublikalarının ərazilərində, adətən, radiolokasiya tipli radarlardan istifadə olunur. Avtomobilə impuls ötürülür, əks olunan siqnal əsasında sürəti müəyyənləşdirirlər.
Yollarda daha çox "Kris” və "Arena” cihazlarından istifadə olunur. Yəni 100 metrə qədər məsafədə radar sürəti müəyyənləşdirə bilir. Məsələn, siz maşını saatda 90 km ilə sürürsünüzsə, radarın yanından ötməyinizə 3-4 saniyə qalmış sürət qeydiyyatı başlayır. Radardan məsafəniz 100 metrdən çoxdursa, avtomobilinizin sürətini dəqiq ölçə bilməyəcək.
"Kordon” və "Kreçet” cihazları çox populyar deyil. Amma bu radarlar 150 metrə qədər dəqiq sürət söyləyə bilir. Əksər hallarda radar avtomobili yaxına buraxmağa çalışır.
Əlbəttə, sürücülər də "ilişməməyə” çalışır. İndi maşınlarda radar-dedektorlar olur ki, 500 metrdən radiolokasiya cihazından xəbər tutur. Amma bəzən radarı elə yerə qoyarlar ki, dedektor aciz qalar.
Rusiyanın paytaxtı Moskva küçələrində "Strelka” adlanan radarlar dəbə minib. Yol polisinin sevimli cihazıdır. Çünki 250 metrə qədər effektlidir. Tezliklə bizim küçələrdə də görünəcəyi gözlənilir.
Radar-dedektorların daha bir düşməni LİSD-2F cihazıdır. Bu radarlar da 250 metrdən sürəti müəyyən edə bilir.
İndi yol polisi daha mükəmməl sistem üzərində baş sındırır. "Avtodoriya” cihazı bu mənada çox təkmilləşmiş qurğudur. Daha sürücünün əyləci basması da köməyə gəlməyəcək. Bu cihazlar təkcə sürət həddini aşmanı müəyyənləşdirmir, həm də yol zolağının pozulması, avtomobilin qadağan olunmuş yerdə saxlanılması hallarını da "görür”. Yəni avtomobilləri tərksilah etmək üçün texnologiyanın imkanlarından maksimum istifadə olunur.
Ən yaxşısı qaydaları pozmamaqdır. Bir şərtlə ki, qaydalar da yol polisi tərəfindən məqsədli şəkildə mürəkkəb hala salınmasın…
Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir -
Həmçinin oxu
400 min km yol gedən avtomobillər - Siyahıda hansı markalar var?
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Fransada başlayan etirazlar İtaliyaya keçdi - Avropanı nə gözləyir?
Bu gün
·
00:30
Firuzə İbadovanın xəstəliyi nədir? - FOTO
Bu gün
·
00:16
Bakı və Abşeronun bu hissəsində işıq kəsiləcək
Bu gün
·
00:06
"Türkiyə-Azərbaycan münasibətləri əbədi və sarsılmazdır" - Türkiyəli deputat
Bu gün
·
00:02
Bu canlı balalarını ağzından dünyaya gətirir
Dünən
·
23:59
5 bürc üçün uğurlu dövr başlayır
Dünən
·
23:58
Qələbə "Qalatasaray”a milyonlar qazandırdı
Dünən
·
23:53
Dəniz səviyyəsi yüksəldi, küçələri su basdı
Dünən
·
23:51
“Ukrayna ilə razılaşmağa hazırıq, amma ...” - Putin
Dünən
·
23:23
Bakıda 150-dən çox sahibkarın iştirakı ilə “Business Party” keçirildi - Foto
Dünən
·
22:59
"Fənərbaxça"nın yeni məşqçisi bu tanınmış mütəxəssis ola bilər
Dünən
·
22:47
Göyçayda iki avtomobil toqquşdu, elektrik dirəkləri aşdı - Foto
Dünən
·
22:36
Bakıda bu ərazidə qaz olmayacaq
Dünən
·
22:22
Arda seçimini etdi - 5 illik müqaviləyə razılıq verdi
Dünən
·
22:07
Süni İntellekt Zirvəsinin baş sponsoru bəlli oldu
Dünən
·
22:00