“Nokia” şirkəti öz televizorunu təqdim edib

“Nokia” şirkəti öz televizorunu təqdim edib
10:35 6 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

“Nokia” şirkəti Hindistan bazarında ilk televizorunu təqdim edib. Qurğu 4K təsvir ölçüsünə malikdir və “Android” sisteminin idarəetməsi altında işləyir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, sözügedən televizor 3840x2160 nöqtə təsvir ölçülü 55 düym diaqonallı ekranla təchiz edilib, “HDR 10”, “Dolby Vision” texnologiyalarını dəstəkləyir və 178 dərəcə baxış bucağına malikdir. Televizor 2 ədəd “USB” porta malikdir, “Wi-Fi” və “Ethernet” interfeysi vasitəsilə internetə qoşulur.

 

Televizor, həmçinin 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşa malikdir. “Nokia” şirkətinin yeniliyi smartfonlar üçün “Android 9.0” əməliyyat sisteminin xüsusi versiyasının idarəetməsi altında işləyir, televizor üçün proqramları “Google Play” mağazasından yükləmək olar.

 

Yeni televizor “Nokia” və elektron ticarətlə məşğul olan yerli “Flipkart” şirkətinin birgə məhsuludur.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64711-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR