Bakıda Türkiyənin təcrübəsi əsasında yeni nəqliyyat növləri tətbiq oluna bilər

Bakıda Türkiyənin təcrübəsi əsasında yeni nəqliyyat növləri tətbiq oluna bilər
19:07 6 Dekabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları 17 milyon əhalisi olan Türkiyənin İstanbul şəhərinin sərnişindaşıma sahəsində təcrübəsini öyrənmək və Azərbaycanda tətbiq etmək məqsədi ilə təcrübə-mübadiləsi proqramında iştirak edib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin İstanbul Elektrik Tramvay Tunel Idarəetmə Mərkəzinin (İETT) və bu quruma bağlı Metrobus xidmətinin rəhbərliyi və texniki əməkdaşları ilə görüşlər keçirən heyətə İstanbulda ictimayi nəqliyyatın idarəolunması prosesi haqda məlumatlar verilib. 
Mərkəzin bazarlarında yerləşən manitorlar vasitəsilə nəqliyyat sisteminin metro, metrobüs, və tramvaylara keçişləri göstərilib, qurumun sürücülərlə elədə də sərnişinlərlə bilavasitə əlaqəsini quran sistemlərin tətbiq olunduğu deyilib. İctimai nəqliyyatda sərnişinlərin təhlükəsiz, sürətli və rahat şəkildə məzil başına çatması üçün Avropa ölkələrində tətbiq olunan son texnalogiyalardan faydalanıldığı bildirilib.
İETT-Nəqliyyat dairəsi müdiri Hasan Çelikdələn "Report`a açıqlamasında deyib ki, Türkiyə son illər bir çox sahələrdə Azərbaycanla əməkdaşlıq edir və ictimai nəqliyyatın idarə olunması sahəsində təcrübə mübadiləsi hər iki ölkə üçün əhəmiyyətlidir. O, bunun üçün rəhbərlik etdiyi qurumun lazımi dəstək verməyə hazır olduğunu bildirib və BNA-nın əməkdaşlarına İstanbulun ictimai nəqliyyatının bilinən və bilinməyən tərəfləri haqda məlumatlar verib, onları simulyasiya mərkəzi ilə tanış edib. 
BNA-nın Nəqliyyat İnfrastrukturunun təşkili şöbəsinin sektor müdiri Vüqar Məmmədzadə "Report"a açıqlmasında deyib ki, təcrübə proqramına qatılmaqda əsas məqsəd Bakı şəhərində ictimai nəqliyyatının idarəolunması üçün yaradılacaq vahid dispecer xidmətinin formalaşdırılması üçün məhz Türkiyənin təcrübəsindən istifadə olunmasıdır: “Biz bu təcrübə proqramında Türkiyəli mütəxəssislərin hansı işlər gördüyünü, sərnişindaşımanı neçə təşkil etiklərini, hansı problemlərlə rastlaşdıqlarını araştırıb onların bizə verdiyi tövsiyyələrdən istifadə edəcəyik".
Sektor müdiri onu da deyib ki, təcrübə proqramının növbəti mərhələsində alternativ nəqliyyat vasitələri öyrəniləcək: “Dünya ölkələrində daha çox istifadə edilən nəqliyyat vasitələrinin Bakı şəhərində tətbiqini planlaşdırırıq. Ancaq bizim qarşımızda duran ilk məqsəd sərnişin daşınması sahəsində, xüsusilə avtobusların fəaliyyətini təkmilləşdirməkdir. Daha sonra istisna olunmur ki, digər nəqliyyat növlərini də gələcəkdə paytaxtımıza gətirəcəyik. Ehtiyac duyulduğu halda Bakıda tramvay nəqliyyatı yenidən canlanacaq və metrobüs nəqliyyatının tətbiqi üçün laiyhələrin reallaşdırılması nəzərdə tutulacaq. Ancaq bu gün qarşımızda duran əsas məsələ Bakı sərnişinlərinin avtobus nəqliyyatına olan inamını yenidən geri qaytarmaqdır. Bunun üçün gərgin iş rejmində çalışırıq. Bununla yanaşı artıq bütün avtobuslarda kart sisteminin tətbiqi ilə bağlı işlərə başlanılıb, bu işlər iki istiqamətdə gedir. Birinci proqram təminatı, ikincisi isə avtobusların kabelləşdirilməsidir. Kart avadanlıqlarının qoyulması üçün avtobuslarda montaj işləri gedir. Məqsədimiz odur ki, sürücü səhər sükan arxasından oturandan avtobus axşam qaraja gedənə qədər bütün baş verənləri izləyə bilək. Bu gün avtobusların hərəkət cədvəlində müəyyən pərakəndəlik var, bununda qarşısı alınacaq və sistemli şəkildə Nəqliyyatın İntelektual İdarəedilməsi Mərkəzi tərəfindən avtobuslarda real vaxt rejimləri tətbiq olunacaq. Məqsədimiz bu sahədə sərnişinlərin məmnuniyyətini və rahatlığını təmin etməkdir”. 
Vüsalə Abbasova







Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-yeni-neqliyyat-novleri-tetbiq-oluna-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR