x
Loading...

Xalq artisti titullarını saymayan aparıcıya etiraz etdi

Xalq artisti titullarını saymayan aparıcıya etiraz etdi
10:57 9 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Xalq artisti Niyaməddin Musayev "Səhər-səhər" verilişinin qonağı olub.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, aparıcı Rövşanə Ağasəfqızı müğənnini təqdim edərkən "Titullarını saymaq lazım deyil. Onu hamı tanıyır" sözlərini deyib. Onun bu ifadəsi Musayevi əsəbiləşdirib.

N.Musayev "Deyirsiz, titulları saymayaq. Bunu tamaşaçılara bildirmək lazımdır. Azərbaycan milli estradasının təməlini qoyan, musiqiləri İranda, İraqda səslənən ifaçıyam. Şöhrət ordeni ilə təltif olunmuşam" sözlərini söyləyib.
Rövşanə isə "Siz gözəl sənətkarsız, bura üç nöqtə yox, nida qoyuruq" cavabını verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/808864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR