Dünya Antidopinq Agentliyi Rusiyanı olimpiya oyunlarında və dünya çempionatlarında iştirak hüququndan məhrum edib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Dünya Antidopinq Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Təşkilatın İcraiyyə Komitəsi Rusiya Antidopinq Agentliyinin Ümumdünya antidopinq kodeksinə uyğunluq statusunun ləğv edilməsi haqda təklifi vahid səslə qəbul edib.