Ruhi Əliyeva əsəbiləşdi: “Sui-istifadə etmək istəyirlər…” - MÜSAHİBƏ

Ruhi Əliyeva əsəbiləşdi: “Sui-istifadə etmək istəyirlər…” - MÜSAHİBƏ
19:53 9 Dekabr 2019
200 Şou
Ölkə mətbuatı
A- A+

Publika.az tanınmış biznes-ledi Ruhi Əliyevanın Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Ruhi xanım, yaxın günlərdə “Qadına şiddətə son!” adlı sosial layihəni təqdim etdiniz. Layihənin davamı olacaqmı?

- Artıq dörd ildir layihələr həyata keçiririk. İnşallah, gələcəkdə bu kimi layihələri davam etməyə ehtiyac qalmaz. Bəylərimiz qadınlarımıza şiddət göstərməz. Əslində “Qadına şiddətə son!” maarifləndirici layihədir. Hətta buna radio və televiziyalarda da yer verilməlidir.

Qızlarımız çox erkən yaşda nikaha girirlər, 16-18 yaşlarında. Öz hüquqlarını qoruya bilmirlər. Maarifləndirici layihələr olsa, qızlarımız da özlərini müdafiə edə bilərlər.

- Qadınlarımızda sizi daha çox nə kədərləndirir?

- Məni qadınlarda özünə inamsızlıq çox sarsıdır. Ümumiyyətlə, bu, mentalitetlə bağlıdır. Təbii ki, cəmiyyətimizdə qadına yüksək rol və dəstək də verilir. Amma kifayət eləmir, biz gözü qıpıq böyümüşük. Kənd yerlərində qadınlarımıza oxumağa icazə vermirlər. Bu mənim ürəyimi ağrıdan problemdir. Qadınlarımızın özlərinə niyə inamı yoxdur, iradəsizdirlər, anlamıram.

- Türkiyədə "Ağır romantik" adlı film çəkmisiniz. Ekran əsərini nə zaman təqdim edəcəksiniz?

- İnşallah, martın 20-də Bakıda filmin qala gecə baş tutacaq. Fevralın sonunda isə İstanbulda böyük bir qala gecəsi keçiriləcək.

- Yenidən film çəkəcəksinizmi? Yoxsa "Ağır romantik" filminin necə qarşılacağından sonra qərar verəcəksiniz?

- Təbii ki, filmin tamaşaçılar tərəfindən necə qarşılanacağından sonra qərar verəcəyik. İnsanlar tərəfindən xoş reaksiya olsa, xoş qarşılansa, təbii ki, davamı gələcək.

- Sizi gələcəkdə aktrisa kimi də görə bilərikmi?

- Xeyr, bizim çox istedadlı aktrisalarımız var. Onlar bir az öz üzərlərində işləsələr çox gözəl nailiyyətlər əldə edərlər, söhbət gənclərdən gedir. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır.

- Bir çox insanlara maddi kömək edirsiniz. Bunun sırasında məşhurlar da var...

- Əlimizdən gələn qədər ehtiyacı olan insanlara kömək etməyə çalışırıq. Hər kəsin də əlini tutmaq olmur, amma buna çalışırıq.

- Bundan sui-istifadə edənlər olurmu?

- Bəli, olur.

- Bəs, həmkərlarınız arasında?

- Həmkarlarımdan yox, amma insanlar var ki, sui-istifadə etmək istəyirlər. Bizdə böyük bir komanda çalışır, hər şeyi araşdırırıq. Həqiqətən kimin köməyə ehtiyacı var, ona yardım edirik.

- Sizin qəbulunuza düşmək çətindir, yoxsa asan?..

- Çətin deyil, asandır.

- “Youtube” kanalınızda tez-tez hazırladığınız yeməkləri təqdim edirsiniz. Maraqlıdır ki, evinizdə də yeməyi özünüz bişirirsiniz?

- Təbii, evdə köməkçilərim də var. Amma övladlarım üçün yeməyi çox zaman özüm bişirirəm.

- İki oğul anasınız, onların fotosunu sosial şəbəkədə paylaşmırsınız. Ümumiyyətlə, nə vaxta qədər onları mətbuatdan uzaq tutmağı düşünürsünüz?

- Bəli, övladlarımın fotosunu sosial şəbəkədə paylaşmıram. Çünki onlar gələcəkdə özləri bir şəxsiyyət kimi formalaşacaq. Ola bilsin ki, öz narahatçılıqlarını bildirəcəklər ki, fotolarımız niyə yayılıb? Buna görə də öz öhdələrinə buraxmışan, 13-14 yaşlarında istəsələr fotolarını paylaşa bilərlər.

- Ruhi xanım, bir sıra məşhurlar millət vəkilliyinə namizədliyini vermək fikrindədirlər. Siz necə, gələcəkdə deputat olmağa iddialısınızmı?

- Heç zaman elə bir iddiam olmayıb. Amma həyatdır, bilmək olmur.

- Xalq artistləri Faiq Ağayev və Afaq Bəşirqızının millət vəkilliyinə namizədliklərini versələr onları dəstəkləyəriniz?

- Hər birinə uğurlar arzu edirəm.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/298613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR