10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanıldı

10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanıldı
19:42 10 Dekabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də rayon ərazisindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Loktionova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/809405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR