Azərbaycanlı həkimdən BÖYÜK UĞUR: 5,3 milyon avro mükafat aldı

Azərbaycanlı həkimdən BÖYÜK UĞUR: 5,3 milyon avro mükafat aldı
09:38 11 Dekabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbeck Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb.

Bununla bağlı Danimarkanın Lundbek Fondunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, fond tərəfindən, ümumilikdə, dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon danimarka kronu (30 milyon euro) məbləğində mükafatla təltif edilib. Onlardan biri də Danimarkada yaşayan azərbaycanlı həkim M.Aşinadır.

Qeyd edək ki, M.Aşina 1965-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda, Danimarka Başağrısı və Nevrologiya mərkəzinin və İnsan Migren Araşdırmaları mərkəzinin rəhbəridir. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/298749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR