Yasin Qarayev: "Heydər Əliyev Azərbaycan mədəniyyətinə böyük diqqət göstərib"

Yasin Qarayev: "Heydər Əliyev Azərbaycan mədəniyyətinə böyük diqqət göstərib"
15:17 12 Dekabr 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün çox sayda teatr adamı Heydər Əliyevin qayğısı nəticəsində yüksək səviyyəyə çatıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın tanınmış teatr və televiziya aktyoru, Xalq artisti Yasin Qarayev bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan sənətinə, mədəniyyətinə daim böyük diqqət göstərib:

"Ulu öndər Heydər Əliyev teatrı və incəsənəti sevən birisi olub. Bu gün incəsənətdə çox sayda insan var ki, onlar məhz Heydər Əliyevin qayğısı nəticəsində yüksək səviyyəyə çatıblar. Prezident təqaüdü, fəxri adlar və bu kimi vacib naliyyətləri onun sayəsində əldə ediblər.

Heydər Əliyev dünyasını dəyişəndə elə hiss keçirtdim ki, sanki bir yaxın və əziz qohumumu itirdim, Allah ona rəhmət eləsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/809927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR