Həyat yoldaşının avtomobilini YANDIRDI: VİDEOsunu çəkib göndərdi - FOTO

Həyat yoldaşının avtomobilini YANDIRDI:  VİDEOsunu çəkib göndərdi - FOTO
17:37 12 Dekabr 2019
184 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Samsun şəhərində bir kişi həyat yoldaşı M.K-nın satmağına razı olmadığı avtomobilini qaçıraraq benzin töküb, yandırıb.

Milli.Az Sözcü-yə istinadən xəbər verir ki, qəzəbli H.K yanan maşının videosunu çəkərək WhatsApp-la həyat yoldaşına göndərib. Yanğınsöndürənlər maşını söndürüblər.

Avtomobilinin yandığı yerə gələn Hatun K. isə baş verənlərə ağlayaraq reaksiya verib. Ərinin 3 aydır onu döydüyünü iddia edən Hatun K "Maşınımı satmağımı istədi. Məni ölümlə təhdid etdi. Tutulub cəzalandırılmasını istəyirəm" deyib.

Hadisə yerindən qaçan şübhəli polis əməkdaşları tərəfindən yaxalanıb. 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/809986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR