"Diaqnostik qiymətləndirmədən sonra psixoloqların əmək haqqının artımı məsələsi də tərəfimizdən müzakirə olunan vacib məslələrdən olacaq".
Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək: "Diaqnostik qiymətləndirmədə, təxminən, 3 minə yaxın psixoloqun istirakını arzu edərdik. Amma qeydiyyat artıq bitmək üzrədir. Qeyd edim ki, bizim artıq ölkə üzrə 800 nəfər əlavə vakansiyaya ehtiyacımız var. Ümumi sistemdə 2 mindən artıq psixoloq fəaliyyət göstərir və hazırki diaqnostik qiymətləndirmə psixoloqların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir".
Qeyd edək ki, dekabrın 24-dən 28-dək dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.
Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.
DİQQƏT: Bu şəxslərin maaşı artırıla bilər -
Həmçinin oxu
Azərbaycan meyvə-tərəvəz idxalını artırıb
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türk azarkeşlər federasiya prezidentini stadiondan qovdu - VİDEO
Bu gün
·
08:25
Bakının bu yollarında tıxac yarandı - SİYAHI
Bu gün
·
08:15
Sevgidə bəxti gətirən 3 bürc
Bu gün
·
01:15
Türkiyə futbolçuları fitə basıldı
Bu gün
·
00:42
Çin və ABŞ arasındakı razılaşmanın detalları
Bu gün
·
00:27
Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə
Bu gün
·
00:10
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir
Dünən
·
23:53
Varlı insanlar bu bürclərdən çıxır
Dünən
·
23:37
Bu şəxslər hər ay müavinət ala bilər - SİYAHI
Dünən
·
23:24
Bu ölkənin altındakı yer qabığı parçalanır
Dünən
·
23:18
Evin tək oğlu, şair ruhlu şəhid yad edildi - VİDEO
Dünən
·
23:12
İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik
Dünən
·
22:47
Yerin 1,1 kilometr altında məhsul yetişdirilir
Dünən
·
22:14
Elektrik saçan balıq: bir toxunuşu insanı iflic edir
Dünən
·
22:03
"Trabzonspor"un ulduzu əməliyyat olundu
Dünən
·
21:55