GUAM ölkələrinin gömrük orqanları blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq edəcəklər

GUAM ölkələrinin gömrük orqanları blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq edəcəklər
23:07 12 Dekabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

“GUAM-a üzv ölkələrin gömrük orqanlarının blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlığına dair razılıq əldə olunub”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri və mətbuat katibi İrakli Çikovani bildirib.
Onun sözlərinə görə, bu, təşkilatda təmsil olunan ölkələr arasında azad ticarət aparmasına imkan yaradacaq vahid iqtisadi zonanın yaradılması istiqamətində irəliyə atılan addımdır: 
“Gürcüstan üçün bu, prioritet istiqamətdir. Bizim bir sıra dövlətlərlə azad ticarət rejimimiz var və bu, bizim üçün vacib məsələdir”.

Xəbərin orijinal ünvanı: https://report.az/region/guam-olkelerinin-gomruk-orqanlari-blokceyn-texnologiyalarinin-tetbiqi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR