Bakı. Trend:

Latviya Respublikasında səfərdə olan Xarici İşlər naziri Elmar Məmmədyarov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimində iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Latviyadakı Səfirliyində təşkil olunan mərasimdə Ulu Öndərin səfirlikdəki büstü qarşısına tər çiçəklər qoyulub, Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi böyük hörmətlə anılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin