Bakıda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakıda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
12:47 14 Dekabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Xətai rayon ərazisindəki 2 evdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş müraciətlər əsasında əməliyyat keçirib.
Əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki 2 evdən, ümumilikdə, 13 720 manat dəyərində qızıl-zinət əşyaları, 100 ABŞ dolları və 200 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Namazov saxlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-evlerden-qizil-ve-pul-ogurlayan-sexs-saxlanildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR