Hamilə həyat yoldaşına kimsə yer vermədiyi üçün qəribə addım atdı - VİDEO

Hamilə həyat yoldaşına kimsə yer vermədiyi üçün qəribə addım atdı -  VİDEO
13:47 15 Dekabr 2019
193 Dünya
Ölkə mətbuatı
A- A+

Hamilə həyat yoldaşını xəstəxanaya aparan və kimsənin ona yer vermədiyini görən kişi ətrafdakıları təəccübləndirəcək addım atıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə Çində xəstəxanaların birində baş verib. Hamilə həyat yoldaşını həkim müayinəsinə gətirən kişi onun saatlarla ayaq üstdə qalmasına razı olmayaraq yerə əyləşib və qadını kürəyində otuzdurub.

Xəstəxananın dəhlizində əyləşən və bunları izləyən şəxslər isə sadəcə olaraq təəccübləndiklərini büruzə veriblər. Xəstəxananın kameralarında qeydə alınan bu görüntü orada çalışan polislər tərəfindən yayımlanıb. Video qısa müddətdə 7 milyon dəfə izlənilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/810129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR