Faciəvi hadisə Argentinada baş verib. Doğum sırasında körpəni həkim tuta bilməyib və nəticədə körpə yerə düşüb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə körpə dünyasını dəyişib. Oğlan olan körpənin beyin travması aldığı bildirilib. Körpəni təcili yardımla xəstəxanaya çatdırmağa çalışsalar da, körpə yolda dünyasını dəyişib.

Doğum zamanı körpənin atası da faciəvi hadisəyə şahidlik edib. Hadisə ilə bağlı araşdırma başlanılıb, körpənin tibbi səbəbdən ölüb ölmədiyi araşdırılır.