21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Gürcüstanın A milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Metbuat.az-ın məlumatına görə, komandalar mayın 26-da və 29-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qarşılaşacaqlar. Hər iki oyun saat 11:00-da başlayacaq.
Yığmamızın qeyd olunmuş oyunlar üçün heyətini diqqətinizə çatdırırıq: Şərifova Aytac ("Təhsil), İsmayılova Günay ("Fidan"), Məmmədova Diana (UGIM-Krasnoyarsk, Rusiya), Qasımova Güləmbər (UGİM-Qax), Məmmədova Jalə ("Binə FK"), Şioşvili Olya (UGİM-Qax), Bağırova Ləman ("Sumqayıt"), Heydərova Əminə ("Fidan"), Məmmədova Kamilla ("Təhsil"), Məhsimova Jalə ("Təhsil"), Cəfərzadə Sevinc ("Zaqatala"), Hacıyeva Nərgiz ("Zaqatala"), Mollayeva Manə ("Zaqatala"), Əliyeva Aysun ("Təhsil"), Quliyeva Roza ("Təhsil"), Dangadze Maya ("Canillas"-Madrid, İspaniya), Cəlilli Nigar ("Canillas"-Madrid, İspaniya), Vəliyeva Aliyə ("Təhsil"), Xəlilova Suqra ("Zaqatala"), Bakarandze Kristina ("Zaqatala"), Mənsimova Süsən ("Təhsil").