Bakı. Trend:

Meksika Milli Qvardiyanın patrulu Quanxuato şəhərində hücuma məruz qalıb.

Trend-in məlumatına görə, Milli Qvardiya öz "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, hadisə zamanı 7 hücum edən şəxa məhv edilib, Qvardiyanın döyüşçüsü həlak olub.

Daha bir nəfər isə yaralanıb, hazırda ona tibb yardım göstərilir.

Bu hücumun arxasında hansı cinayətkar birliyin dayana biləcəyi hələ məlum deyil.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin