Vyana, 19 may AZƏRTAC
Xarici jurnalistlər və “Eurovision-2015” mahnı müsabiqəsini izləmək üçün müxtəlif ölkələrdən gəlmiş fanatlar Elnur Hüseynovun qələbə şansının böyük olduğunu söyləyirlər.
AZƏRTAC-ın müxbiri xəbər ki, xarici jurnalistlər “Eurovision-2015” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynovun səs imkanlarının və ifasının möhtəşəm olduğunu qeyd ediblər.
Azərbaycan təmsilçisinin səhnə geyimi və görünüşü isə həm media mənsublarının, həm də “Eurovision” fanatlarının marağına səbəb olub. İstər müsabiqəni dəstəkləyən pərəstişkarlar, istərsə də jurnalistlər əmindirlər ki, Azərbaycan bu mötəbər müsabiqədə layiqli yerə sahib olacaq.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana