Bakı. Trend:

BMT-nin Baş Assambleyası "nasizmin, neonasizmin qəhrəmanlaşdırılması və irqçiliyin, irqi diskriminasiyanın, ksenofobiyanın və bunlarla əlaqəli dözümsüzlüyün müasir formalarının eskalasiyasına imkan yaradan digər praktika növləri" ilə mübarizə haqqında qətnaməni qəbul edib.

Trend-in "TASS"a istinadən vediyi məlumata görə, sənədin qəbul olunmasını leyhinə 133 ölkə səs verib.

Bildirilir ki, ABŞ və Ukrayna sənədin əleyhinə səs veriblər, Avstriya, Fransa, Trükiyə, Çexiya və Slovakiya da daxil olmaqla 52 ölkə isə səs verməmə hüququndan istifadə ediblər.

Bu il 60-dan çox ölkənin həmmüəllifi olduğu qətnamə dövlətləri "bütün müvafiq vasitələrlə, o cümlədən tələb olunduğu təqdirdə qanunvericiliklə irqi diskriminasiyanın bütün formalarını aradan qaldırmağa" çağırır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin