AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Metbuat.az-ın xəbərinə görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:
- 15 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun “Qarabağ” – “Sumqayıt” matçının 57-ci dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Aftandil Hacıyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 62).
- 15 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun “Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
- 14 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun “Simurq” – “Bakı” matçında “Bakı” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 2500 manat cərimə olunur (maddə 56).
- 14 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun “Zirə” – “Neftçala” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
- Oyunun 82-ci dəqiqəsində “Zirə” klubunun 92 №-li futbolçusu Bəhram Bəhramzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
- Oyunun 90+4-cü dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur (maddə 52.1).
- 14 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun “Şuşa Qarabağ” – “Kəpəz” matçında “Şuşa Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
- Oyun bitdikdən sonra “Şuşa Qarabağ” klubun baş məşqiçisi Nadir Qasımov meydançaya daxil olaraq geniş kütlə qarşısında hakimlər briqadasına qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulur, klub 2000 manat cərimə olunur (maddə 81) (maddə 10).
- 15 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun “Mil-Muğan” – “Rəvan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
- Oyunun 85-ci dəqiqəsində “Rəvan” klubunun 25 №-li futbolçusu Tural Nərimanov və “Mil-Muğan” klubunun 5 №-li futbolçusu Samir Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyun cəzalanır, klublar 20 manat cərimə olunur (maddə 48).
- “Rəvan” klubunun 25 №-li futbolçusu Tural Nərimanov qırmızı vərəqə alaraq meydanı tərk edərkən rəqibə qarşı təhqir edici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
- Oyunun 78-ci dəqiqəsində “Mil-Muğan” klubunun baş məşqçisi Xaliq Mustafayevin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).