Azərbaycanda gələn ildən karantin sistemi tətbiq ediləcək

Azərbaycanda gələn ildən karantin sistemi tətbiq ediləcək
11:55 20 Dekabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycana daxil olan məhsullar karantindən keçiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) sədri Qoşqar Təhməzli Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda deyib.

O qeyd edib ki, bu sistem gələn ildən tətbiq ediləcək. Q.Təhməzli vurğulayıb ki, Azərbaycana idxal olunan məhsullara münasibətdə idxal-karantin sisteminin tətbiqi həyata keçiriləcək.

Q.Təhməzli əlavə edib ki, gömrük-keçid məntəqələrinə yaxın məsafələrdə heyvan, bitki mənşəlli və digər qida məhsullarına münasibətdə vahid məntəqələrdə qida təhlükəsizliyinə görə risklərin dəyərləndirilməsi keçiriləcək. Agentlik sədri bildirib ki, bu sistem ölkəyə idxal oluna qida məhsullarının həm çevik şəkildə idxalına, həm də təhlükəsizlik göstəricilərinin təmin olunaraq əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3166690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR